"Real"dan tarixi uğur

11:54 - 19 Aprel 2017

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya”nı 4:2 hesabıyla məğlub edərək yarımfinala adlayan “Real” rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, Madrid klubu ardıcıl 7-ci dəfə qitənin ən nüfuzlu klub turnirində yarımfinala yüksəlib. “Kral klubu” bununla əzəli rəqibi olan “Barselona”nı qabaqlayıb. Katalonlar bu uğuru 6 dəfə təkrarlamışdılar.

 

Qeyd edək ki, "Real" ÇL-də 2010/11-ci il mövsümündən etibarən hər il yarımfinal mərhələsinin iştirakçısı olub. 

Xəbər xətti