“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb. Ronaldo Avropanın ən nüfuzlu klub turnirində 100 qol baryerini keçən ilk futbolçu kimi tarixə düşüb. O, Münhen “Bavariya”sı ilə 1/4 final mərhələsinin cavab görüşündə “het-trik” edərək aktivindəki qolları 100-ə çatdırıb.
Ronaldo bu qollardan 18-ni İngiltərənin “Mançester Yunayted” klubunda, digərlərini isə Madrid klubunda vurub.
Sportal.az saytı Çempionlar Liqasında ən çox qol vuran futbolçuları təqdim edir:
Kriştiano Ronaldo (“Mançester Yunayted”, “Real”) - 100
Lionel Messi (Barselona) - 94
Raul (“Real”, “Şalke”) - 71
Ruud van Nistelroy (PSV, “Mançester Yunayted”, “Real”) - 56
Kərim Benzema (“Lion”, “Real”) - 51
Tyerri Anri (“Monako”, “Arsenal”, “Barselona”) - 50
Alfredo di Stefano (Real) - 49
Andrey Şevçenko (“Dinamo” K, “Milan”, “Çelsi”) - 48
Zlatan İbrahimoviç (“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ) - 48
Eysebio (Benfika) - 47
saytlarin hazirlanmasi