Viktor Kaşşaiyə hücum

14:20 - 19 Aprel 2017

Ötən gecə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən  “Real” – “Bavariya” matçının baş hakimi Viktor Kaşşai hücuma məruz qalıb.

 

Sportal.az xəbər verir ki, hadisə matçın final fitindən sonra baş verib.

 

Məsələ burasındadı ki, macar hakim oyun zamanı bir sıra qərarları ilə madridlilərin qələbəsində pay sahibi olub. Bu isə almanları özündən çıxarıb. Nəticədə matç başa çatandan sonra Arturo Vidal, Robert Levandovski və Tiaqo Alkantara referiyə öz etirazlarını bildirmək üçün hakimlərin otağına yollanıblar. 

 

Kaşşaiyə etiraz edən futbolçular yalnız polisin məsələyə qarışmasından sonra otağı tərk etmək məcburiyyətində qalıblar.

Xəbər xətti