Bu gün keçirilən iki oyunla ÇL-in 1/4 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, ilk oyunda Turində “Yuventus”a böyük hesabla uduzan (0:3) “Barselona” “Nou Kamp”da bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” azarkeşləri doğma klublarından PSJ ilə oyundakı qəhrəmanlığı təkrarlamasını gözləyirdi. 1/8 finalın ilk oyununda Parisdə fransızlara 0:4 hesabıyla uduzan katalonlar, cavab oyununda 6:1 hesabıyla qalib gələrək, mərhələni keçmişdi. İndi Lionel Messi və dostları yenə bu qəhrəmanlığı təkrarlamalıydı. Ancaq “göy-qırmızılar”ın qarşısında güclü müdafiəsiylə ad qazanmış İtaliya çempionu var idi. Luis Enrikenin yetormələrinin İtaliya nəhəngi ilə oyunda PSJ ilə oyundakı qəhrəmanlığı təkrarlaya bilməyib. Qolsuz heç-heçə "qoca sinyora"nı yarımfinala çıxarıb.
"Barselona" - "Yuventus" 0:0 (İlk oyun 0:3)
saytlarin hazirlanmasi