“Futbolda istənilən nəticə ilə qarşılaşa bilərsən. Sürətli oyunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq istəyirdik. Ancaq hücumların sonluğu alınmırdı”.
Sportal.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab oyunundan (0:0) sonra deyib.
Təcrübəli çalışdırıcı "Yuventus"un güclü komanda olduğunu deyib: "İki güclü komandanın qarşılaşmasını izlədik. “Yuventus” qarşısında papağımı çıxarıram. Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. “Yuventus” turnirin qalibi olmaq üçün hər şeyə sahibdi. Ancaq unutmayın ki, digər komandalar da eyni xüsusiyyətlərə malikdilər”.
Xatırladaq ki, “Barselona” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.
saytlarin hazirlanmasi