“Qalatasaray”ın sabiq qapıçısı Farid Kamilo Mondraqon xoşagəlməz durumla qarşılaşıb.
Sportal.az xəbər verir ki, kolumbiyalı veteran futbolçuya silahlı hücum olunub.
Hadisə Mondraqonun paytaxt Boqotanda alış-veriş etdiyi zaman baş verib. Cinayətkarlar onun üzərinə silah çəkərək, qol saatını istəyib. Çıxılmaz vəziyyətdə qalan "Mondi" soyğunçuların tələbinə əməl edib.
Hadisə polis tərəfindən araşdırılır.
saytlarin hazirlanmasi