Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, mərasimdə yarımfinal cütlükləri bəlli olub. Püşk iki Madrid klubunu - "Real" və "Atletiko"nu üz-üzə qoyub. Digər cütlükdə isə "Monako" "Yuventus"la mübarizə aparacaq.
“Real” (İspaniya) - “Atletiko” (İspaniya)
“Monako” (Fransa) - “Yuventus” (İtaliya)
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Final matçı isə iyunun 3-də keçiriləcək.
saytlarin hazirlanmasi