Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Monako"nun futbolçusu Kilian Mbappe ən yaxşı futbolçu seçilib.
18 yaşlı gənc hücumçu ümumi səslərin 51 faizini toplayıb.
Qeyd edək ki, Mbappe "Monako" 2 - 1 "Borussiya" matçında komandasının qollarından birinin müəllifi olub.