Samir Abasov: "Çempionata başlayanda hamı bizi autsayder sayırdı"

20:09 - 23 Aprel 2017

Azərbaycan Premyer Liqasında XXVII turun “Qarabağ” – “Sumqayıt” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- İstəyirdik, 1 xal qazanaq. Qələbə şansımız yox idi. Əfsuslar olsun ki, bacarmadıq. “Qarabağ”ı çempionluq münasibətiylə təbrik edirəm. Layiq idilər. Təqvim elə gətirdi ki, son iki tura güclü rəqiblərlə düşdük. Bu baxımdan bəxtimiz gətirmədi. Amma builki nəticəmiz o qədər də pis olmadı. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Komanda gəncdir və hələ əcrübə qazanır. Belə oyunların bizə çox xeyri olacaq.

 

- Məhəmməd Qurbanovu erkən əvəzlədiz. Bunun səbəbi nə idi?
- Oyunundan narazı idim. İstədiyimizi verə bilmədi. Çoxlu top itirirdi və müdafiəyə kömək edə bilmirdi.

 

- Öz xal qazanacağınıza daha çox inanırdız yoxsa, “Kəpəz”in AZAL-la oyunda xal itkisinə?
- "Kəpəz"in büdrəyəcəyinə inanmırdım. Təqvim üzümüzə gülmədi, ancaq onların bu baxımdan bəxti gətirdi. Üçündən də biz üstün olduq. Oyun qrafiki daha yaxşı nəticəyə imkan vermədi. Təcrübəsizlik də öz sözünü dedi. Bu oyunların gələcək üçün əhəmiyyəti çoxdur. İtirdiyimiz xalların acısını çəkirik. Çempionata başlayanda hamı bizi autsayder sayırdı. Amma biz bunun əksini sübut etdik.

Xəbər xətti