Yunanıstan Super Liqasının qalibi məlum olub.
Sportal.az xəbər verir ki, "Olimpiakos" doğma meydanında PAS-la qarşılaşıb və bu görüşdə 5:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra "Olimpiakos" ölkə çempionluğunu elan edib. Xallarını 64-ə çatdıran "Olimpiakos" Super Liqanın başa çatmasına bir tur qalmış ən yaxın rəqibi PAOK-u 6 xal qabaqlayır.
"Olimpiakos" ardıcıl 7-ci, ümumilikdə 44-cü çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi