"Neftçi" məşqçilər heyətini cərimələyəcək

15:09 - 25 Aprel 2017

Xəbər verdiyimiz kimi, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının 27-ci turunun "Zirə” – "Neftçi” oyununda (2:2) qonaq komandaya texniki məğlubiyyət (0:3) verilməsi haqqında qərar qəbul edilib.

 

Sportal.az xəbər verir ki, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub. "Neftçi" klubu bununla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur:

 

"Neftçi” PFK olaraq AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək".

Xəbər xətti