Ruslan Abışov "Qarabağ"a qarşı oynayacaq?

15:27 - 25 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVII turunda "Zirə" ilə oyunda zədə alan "Neftçi"nin futbolçusu Ruslan Abışovun durumuna aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçunun zədəsi ciddi deyil. Kapitan bu gün tibbi  müayinədən keçib və son turda oynaya bilməsi üçün heç bir problemin olmadığı üzə çıxıb. Onun sabahdan etibarən kolletivlə birgə məşqlərə başlayacağı gözlənilir. 

 

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 29-u, saat 17:00-da baş tutacaq.

Xəbər xətti