"Ayaks" stadionuna Yohan Kroyfun adını verdi

10:26 - 26 Aprel 2017

Hollandiyanın “Ayaks” klubuna məxsus “Amsterdam Arena”nın adı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, sözügedən stadion əfsanəvi futbolçu Yohan Kroyfun adını daşıyacaq. Stadionla yanaşı, Kroyfun adı Amsterdamda küçə, meydan və ya körpüyə də verilə bilər. 

 

2016-cı ilin martında dünyasını dəyişən veteran futbolçu 1964-1973 və 1981-1983-cü illərdə “Ayaks”ın formasını geyib. 1986-1988-ci illərdə isə o, komandanın baş məşqçisi olub. 

 

Qeyd edək ki, "Barselona"nın B komandasının ev oyunlarını keçirdiyi stadiona da Kroyfun adı veriləcəyi açıqlanıb.

Xəbər xətti