"Sumqayıt"ın mövsümün sonunda heyətdən göndərəcəyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "kimyaçılar" mövsümün əvvəlində "Neftçi"dən heyətinə qatdığı Məhəmməd Qurbanovla yolları ayıracaq. 25 yaşlı hücumçunun performansı baş məşqçi Samir Abasovu qane etmir.
Qeyd edək ki, Qurbanov cari mövsümdə 24 oyuna 3 qol vurub.