Münhenin "Bavariya" klubu fransalı hücumçu Kinqsli Komanın transfer hüququnu birdəfəlik ələ keçirib.
Sportal.az xəbər veir ki, almanlar "Yuventus" rəhbərliyi ilə danışıqlardan müsbət cavab alıb. Klubun rəsmi saytında yer alan xəbərlərə görə, danışıqlardan sonra tərəflər arasında rəsmi müqavilə imzalanıb. Belə ki, 2015-ci ildən icarə əsasında "Bavariya"da çıxış edən Koman klubla 2020-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "Bavariya"nın heyətində 17 matçda forma geyinib və 2 qola imza atıb.
saytlarin hazirlanmasi