İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, "qırmızılar" xorvatiyalı müdafiəçi Deyan Lovrenin müqavilə müddətini artırıb.
Yeni müqavilənin şərtlərinə görə, 27 yaşlı futbolçu 2021-ci ilin yayına qədər "Liverpul"un uğurları üçün çalışacaq. Onun həftəlik qazancı 100 min funt-sterlinq olacaq.
Mərkəz müdafiəçisi klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu dilə gətirib: "Bu gün mənim üçün çox əla gündü, ailəm də sevinir. Klubum mənə inanır və uzun müddət "Liverpul"da qalmaq istəyirəm".
Qeyd edək ki, Lovren 2014-cü ildə "Southempton"dan "Liverpul"a transfer olunub.
saytlarin hazirlanmasi