Mövsümün başa çatmasına 1 tur qalmasına baxmayaraq, "Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.
Sportal.az xəbər verir ki, "kimyaçılar" ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komanda ilə yeni 1 illik sazişə imza atıb.
4 mövsümdür "Sumqayıt"ın şərəfini qoruyan Vurğun 2016/2017 mövsümündə klubun heyətində 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub.
Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 111 qarşılaşmada meydana çıxıb.
Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.
saytlarin hazirlanmasi