Toni Adamsın komandası La Liqa ilə vidalaşdı

11:06 - 1 May 2017

İspaniya La Liqasının 35-ci turunda səfərdə "Real Sosyedad"a 1:2 hesabıyla uduzan "Qranada"nın çempionatın bitiminə 3 tur qalmış aşağı liqaya düşəcəyi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsın çalışdırdığı “Qranada” bu məğlubiyyətlə əsas diviziondakı yerini itirib.

 

Toni Adams “Qranada”ya bu ayın əvvəlində baş məşqçi təyin olunmuşdu.

 

Xatırladaq ki, "Qranada"dan öncə "Osasuna" da La Liqada yerini itirmişdi.

Xəbər xətti