Vurğun Hüseynov və Rail Məlikovun ardından "Sumqayıt" Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu daha 1 il "kimyaçılar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Bəxtiyar 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi komandanın heyətində ümumilikdə 117 dəfə meydana çıxıb.
saytlarin hazirlanmasi