"Monako"nun 18 yaşlı ulduzu Kilian Mbappe karyerasının əvvəlində Radamel Falkao kimi bir futbolçu ilə eyni komandada oynamağın onun üçün üstünlük olduğunu hesab edir.
Sportal.az xəbər verir ki, gənc forvard kolumbiyalı hücumçu ilə birlikdə oynadığı üçün özünü komandanın ən şanslı futbolçusu hesab edir. UEFA-nın rəsmi saytına açıqlama verən gənc istedad "Komandadakı ən şanslı futbolçuyam. Çünki, karyeramın əvvəlində Falkao kimi səvəiyyəli bir ulduzla bərabər oynamaq şansı yaxaladım" deyib.
Çempionlar Liqasında meydana çıxdığı 7 qarşılaşmada 5 qol vurmağı bacaran fransız futbolçu ilk dəfə start heyətdə çıxdığı "Mançester Siti" ilə oyunun həyəcanını yaşamağa davam edir:
"Uşaqlıqdan Çempionlar Liqasında oynamağı arzulayırdım. Bütün matçları izləyirdim. Hətta indi də Çempionlar Liqası oyunlarını izləyirəm.Orada oynamaq mənim üçün fəxrdi".
Mbappe ÇL-nın yarımfinalında qarşılaşacaqları "Yuventus" haqda da fikirlərini bildirib:
"Yuventus" möhtəşəm komandadı. Böyük tarixləri var. Orda möhtəşəm futbolçular oynayıb və bu gün də oynamağa davam edirlər. Nə qədər yaxşı komanda olduqlarını "Barselona"nı mübarizədən kənarlaşdırmaqla göstərdilər. Amma biz də yaxşı komandayıq və finala çıxmaq istəyirik.
Buffon dünyanın ən yaxşı qapıçılarından biridi. Ona qarşı oynayacağım üçün qürurluyam. Belə futbolçulara qarşı oynamaq üçün hər gün çalışırıq. Bu fürsəti yaxaladıqda isə, əlinizdən gələnin ən yaxşısını etməlisiz".
saytlarin hazirlanmasi