Sportal.az saytı karyerası ərzində ən çox final oyunlarında məğlub olan ulduz futbolçuları təqdim edir:
Aryen Robben
Hollandiya futbolunun son dönəmlərdə yetişdirdiyi əsas simalarından olan Aryen Robben 2 dəfə ÇL-nin finalında uduzub. Robben 2010-cu il dünya çempionatının həlledici qarşılaşmasında İspaniya ilə oyunda da kuboku əldən verib.
Lionel Messi
Dünya və Argentina futbolunun ulduzu Lionel Messi 4 dəfə final oyunlarında uduzub. Messi üç dəfə Kopa Amerika və bir dəfə də dünya çempionatının finalında qızıl medala həsrət qalıb.
Mixael Ballak
Almaniya futbolunun unudulmaz simalarından olan Mixael Ballak 4 dəfə finalda uduzub. “Bavariya” və “Bayer”lə bir dəfə Çempionlar Liqasının finalında məğlub olan Ballak Almaniya millisi ilə dünya və Avropa çempionatının həlledici qarşılaşmasında məyus olub.
Zinəddin Zidan
Fransalı əfsanə Zinəddin Zidan “Bordo” ilə iki dəfə UEFA kubokunun finalında, “Yuventus”la bir dəfə ÇL-nin həlledici görüşündə uduzub. Zidan 2006-cı ildə dünya çempionatının finalında qızıl medala həsrət qalıb.
Alessandro Del Pyero
İtaliya futbolunun unudulmazlarından olan Alessandro Del Pyero “Yuventus”la üç ÇL və bir UEFA Super kubokunun finalınında uduzub. Del Pyero İtaliya millisinin heyətində bir Avropa çempionatının finalında məğlub olub.
Paolo Maldini
İtaliya futbolunun yetişdirdiyi məşhur müdafiəçilərdən biri olan Paolo Maldini “Milan”la üç dəfə ÇL finalında, İtaliya millisi ilə bir Avropa və bir dünya çempionatının həlledici qarşılaşmasında məyus olub.
Xavyer Zanetti
“İnter”in unudulmaz oyunçusu olan Zanetti “İnter”lə bir UEFA kuboku finalını, Argentina yığması ilə iki Kopa Amerika və iki Konfedarasiyalar kubokunu uduzub.
saytlarin hazirlanmasi