Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb.
Anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.
“Zirə” PFK hər 3 futbolçuya göstərdikləri xidmətə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayır.
saytlarin hazirlanmasi