Çempionlar Liqasının 1/4 final mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Real"ın futbolçusu Kriştiano Ronaldonun ÇL-in 1/4 finalında "Bavariya" ilə ilk oyunda (2:1) vurduğu birinci qol ən yaxşı seçilib.
Portuqaliyalı hücumçu 36 faiz səs toplayaraq Paulo Dibala, Radamel Falkao və Kilian Mbappeni qabaqlayıb.
saytlarin hazirlanmasi