Sabiq "Qəbələ"li Rusiyada rekordçu oldu

00:33 - 3 May 2017

Lokomotiv"in baş mşqçisi Yuri Syomin yeni rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcının rekordu Rusiya kubokunun finalında “Ural”a qalib gəldikləri oyundan (2:0) sonra qeydə alınıb. Karyerası ərzində 5-ci dəfə Rusiya kubokunu qazanan 70 yaşlı mütəxəssis bu göstəricidə hər kəsi qabaqlayıb. 

 

Qeyd edək ki, vaxtı ilə "Qəbələ"də də çalışmış Syomin hər beş mükafatı “Lokomotiv”lə qazanıb. Komanda isə ümumilikdə 7 dəfə bu titula sahib olub.

Xəbər xətti