Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real"ın "Atletiko" üzərində qələbəsinə (3:0) 3 qolla töhfə verən Kriştiano Ronaldo bir neçə rekordla yadda qalıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının pley-off mərhələsində 52-ci qolunu vuraraq, bu göstəriciyə çatan ilk oyunçu olub. Bundan əlavə, yarışın yarımfinal mərhələlərində 13 dəfə rəqiblərini məyus edən Ronaldo bu sahədə də hamını qabaqlayır. O, bu qollardan 10-nu "Real"ın, 3-nü isə "Mançester Yunayted"in formasında vurub.
Ronaldo "Atletiko"yla oyundakı het-triklə ÇL-də qollarının sayını 103-ə çatdırıb.
saytlarin hazirlanmasi