1 oyun keçirsə, "Bavariya" 5 milyon ödəyəcək

14:43 - 3 May 2017

Almaniyanın "Bavariya" klubunun gənc futbolçusu Renatu Sanşeş sabiq komandası "Benfika"ya 5 milyon avro qazandıra bilər.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu mövsümün qalan oyunlarının birində meydana çıxsa, göstərilən məbləğ Lissabon təmsilçisinin hesabına köçürüləcək.

 

Sanşeşin 2016-cı ilin yayında Münhen klubuna keçərkən imzaladığı müqavilədə belə bir bənd yer alıb. 19 yaşlı futbolçu  25 oyun həddini keçsə, 5 milyon avro bonus kimi ödənməlidir.

 

Qeyd edək ki, Sanşeş keçirdiyi 24 oyunda rəqib qapılarına yol tapa bilməyib. 

Xəbər xətti