Premyer Liqada mövsümü 6-cı pillədə başa vuran "Sumqayıt" heyətinə əl gəzdirməkdə davam edir.
Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi yarımmüdafiə xəttini gücləndirib. Samir Abasovun tələbi ilə komandaya dayaq yarımmüdafiəçi transfer edilib. AZAL-la müqaviləsi başa çatan və U-21 millimizin üzvü olan Kamal Mirzəyevlə ilk razılıq əldə olunub.
Gənc futbolçu artıq karyerasını "Sumqayıt"da davam etdirəcək. Mirzəyev sosial şəbəkə hesabında bu gün dağıldığını bəyan edən AZAL klubuna təşəkkür edib.