Rusiya kubokunun finalında əlbəyaxa dava VİDEO

18:13 - 3 May 2017

Rusiya kubokunun dünən “Ural” və “Lokomotiv” arasında keçirilən final oyununda futbolçular arasında dava düşüb. 

 

Sportal.az xəbər verir ki, hadisə matçın uzatma dəqiqələrində, “Ural”ın cərimə meydançası yaxınlığında baş verib. Dava səbəbindən dörd futbolçu – Ari, Cefferson Farfan (hər ikisi “Lokomotiv”), Artem Fidler və Edqar Manuçaryan (hər ikisi “Ural”) qırmızı vərəqə alaraq meydandan qovulublar. 

 

Qeyd edək ki, futbolçiuları sakitləşdirmək üçün “Lokomotiv”in baş məşqçisi Yuri Syomin də meydana daxil olub. Əlavə edək ki, bu matçda Syominin komandası 2:0 hesabı ilə qalib gələrək kuboku qazanıb. 

 

Xəbər xətti