Fransanın PSJ klubu növbəti mövsüm daha iddialı komanda qurmaq istəyir.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasını hədəfləyən paytaxt klubu transfer çalışmalarına start verib. Fransa nəhəngi ilk olaraq “Borussiya”nın hücumçusu Pyer-emerik Obameyanqa “elçi düşüb”.
“Bild”in məlumatına görə, Paris klubunun idman direktoru Patrik Kluyvert qabonlu forvardla görüşüb və illik 14 milyon avroluq maaşla Obameyanqla razılıq əldə olunub. PSJ bu transfer üçün qarşı tərəfə 59 milyon funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, “Borussiya” 27 yaşlı futbolçunu 2013-cü ildə “Sent Etyen”dən 13 milyon avroya transfer etmişdi. Obameyanqın Dortmund klubu ilə müqaviləsi 2020-ci ilə qədərdir.
saytlarin hazirlanmasi