“Neftçi”də baş məşqçi Elxan Abdullayevin taleyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, klubun Müşahidə Şurası çalışdırıcıya güvənmək qərarına gəlib.
Abdullayevlə müqavilənin müddəti artırılıb. Razılığa əsasən, o, qarşıdakı 3 ildə “Neftçi”nin “sükanı arxası”nda olacaq.
Qeyd edək ki, Elxan Abdullayev "Neftçi"yə 2016-17 mövsümünün gedişində baş məşqçi təyin edilib.