8 ilin klubu Çempionlar Liqasının qrup mərhələsində

13:26 - 7 May 2017

8 il bundan əvvəl yaradılan "Leyptsiq" klubu tarixi uğur qazanıb.

 

Sportal.az xəbər verir ki, Almaniya Bundesliqasında mübarizə aparan debütant sona 2 tur qalmış ilk üçlükdəki yerini təmin edib. 

 

Bu, hesabat turunda "Herta" üzərində 4:1 hesablı səfər qələbəsindən sonra rəsmiləşib. "Leyptsiq" ilk üçlükdəki yerini təmin etməklə yanaşı, həm də Çempionlar Liqasının qrup mərhələsində vəsiqəni rəsmiləşdirib. 

 

Qeyd edək ki, Bundesliqada ilk üç yerin sahibi birbaşa ÇL-in qrupunda, dördüncü isə təsnifat mərhələsində çıxış etmək hüququ qazanır.

 

Sona 2 tur qalmış "Leyptsiq" 66 xalla 2-ci, "Borussiya" (60) 3-cü, "Hoffenhaym" isə (58)  4-cüdür. "Bavariya" isə artıq çempionluğunu rəsmləşdirib.

Xəbər xətti