"Bavariya" 5 milyon avro "ziyana düşdü"

15:48 - 7 May 2017

“Bavariya”nın gənc futbolçusu Renato Sanşeş sabiq komandası “Benfika”ya 5 milyon avro qazandırıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu mövsüm ərzində 25 rəsmi matçda iştirak etdiyi üçün göstərilən məbləğ Lissabon klubunun hesabına köçürülüb. Sanşeş 2016-cı ilin yayında 35 milyon avro qarşılığında "Bavariya"ya keçərkən imzalanan müqavilədə bu şərt öz əksini tapıb. Futbolçu 25 oyun həddini keçdiyi üçün, 5 milyon avro bonus kimi ödənməlidir. 

 

Qeyd edək ki, 19 yaşlı futbolçu “Bavariya”nın heyətində qol hesabını aça bilməyib.

Xəbər xətti