16 il sonra gələn çempionluq

23:57 - 7 May 2017

Rusiyada 2016/17 mövsümünün qalibinin adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Spartak” cari mövsümü çempion kimi başa vurub. Moskva təmsilçisinin əsas izləyicilərindən olan “Zenit” bu gün öz meydanında “Terek”ə uduzub (0:1) və üçüncü pillədə qalıb. Beləliklə, çempionatın bitməsinə 3 tur qalmış 63 xalı olan lider “Spartak”la ikinci yerdəki ÇSKA (53 xal) arasında 10,  “Zenit” (52 xal) arasında isə 11 xal fərq yaranıb.

 

Qeyd edək ki, bu, “Spartak”ın 10-cu Rusiya çempionluğudur. Komanda son dəfə 2001-ci ildə yarışı birinci yerdə başa vurmuşdu.

Xəbər xətti