Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Yuventus" - "Monako" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, matçın baş hakimi Hollandiya Futbol Federasiyasından Byörn Kuypers olacaq.
9 may, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması
22:45 Yuventus – Monako
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra
Köməkçi hakimlər: Denni Makkelie, Pol van Bokel
Dördüncü hakim: Mario Diks (hamısı Hollandiya)
Hakim-inspektor: Vlado Sayn (Sloveniya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)
Qeyd edək ki, "Yuventus" - "Monako" görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda "Yuventus" 2:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi