Almaniyanın "Borussiya" klubunda yeni müqavilə imzalanıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi qapıçı Roman Vaydenfellerlə sözləşmənin müddətini uzadıb. 36 yaşlı "əlcək sahibi" 2018-ci ilin iyun ayınadək Bundesliqa klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, təcrübəli qolkiper 2002-ci ildən "Borussiya"nın şərəfini qoruyur. O, dortmundluların heyətində meydana çıxdığı 340 matçda qapısında 374 qol görüb.
saytlarin hazirlanmasi