“İlk oyunda əldə etdiyimiz nəticəyə baxmayaraq, çox çətin idi. Əgər oyuna arxayın çıxsaydıq, rəqib bizə çətin anlar yaşadacaqdı”.
Sportal.az xəbər verir ki, bu sözlər “Yuventus”un qapıçısı Canluici Buffona məxsusdur. Turin təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Monako”ya qalib gəlib və 2 oyunun nəticəsinə görə finala adlayan tərəf olub.
Oyundan sonra açıqlama verən 39 yaşlı “çərçivə qoruyucu”su fikirlərini bildirib:
“Rəqib bizə olduqca çətin anlar yaşatdı. Amma həmişə olduğu kimi, bu dəfə də istənilən mövqedə ideal olduğumuzu sübut etdik. Finaldayıq və bunun ilk hədəfimiz olduğunu deməyəcəm. Finala qədər irəliləmək heç bir şeyi ifadə etmir, əsas olan qalib adını qazanmaqdır”.
Karyerası boyunca Çempionlar Liqasının qalibi ola bilməyən Buffon bu sevinci yaşamaq istədiyini dilə gətirib:
“Çox xoşbəxtəm və düşünürəm ki, hazırda yaxşı formadayam. Əgər böyük bir komanda olmasaydıq, finala qədər irəliləyə bilməzdik. 2 il öncə hər kəs Çempionlar Liqasında sonuncu finalım olduğunu zənn edirdi, mən də belə düşünürdüm. Ancaq xəyallarımıza inanmağa davam etməliyik”.
saytlarin hazirlanmasi