"Sumqayıt"ın heyətdən göndərdiyi növbəti futbolçuların adına aydınlıq gəlib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi Mikayıl Rəhimov və yarımmüdafiəçi Seymur Əsədov komandadan ayrılıb. Hər iki futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Seymur Əsədov başa çatan mövsümdə Premyer Liqada 14 oyun keçirib və 1 qol vurub. Rəhimov isə daha çox zədədən əziyyət çəkib.
"Gənclik şəhəri" təmsilçisi Kamran Abdullazadə, Fərhad Qıstarov, Nasır Abilayev, Ayaz Mehdiyev, Tərlan Əhmədli və Məhəmməd Qurbanovla da yolları ayırıb.