Çempionlar Liqasının final oyununun hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA qitənin ən nüfuzlu klub turnirinin həlledici matçını almaniyalı hakimlərə həvalə edib.
İyunun 3-də baş tutacaq “Yuventus” (İtaliya) – “Real” (İspaniya) qarşılaşmasının baş hakimi Feliks Brix olacaq. Ona həmyerliləri Mark Borş və Ştefan Lupp yardım edəcək.
Bastian Dankert və Marko Frits əlavə hakim köməkçiləri, Rafael Foltin isə ehtiyat köməkçi kimi qarşılaşmaya təyinat alıb. Oyunun dördüncü hakimi funksiyası serbiyalı Milorad Majiçə tapşırılıb.
Qeyd edək ki, Kardiffdəki “Millenium” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi