Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Yuventus"nun futbolçusu Dani Alveş ən yaxşı futbolçu seçilib.
34 yaşlı müdafiəçi ümumi səslərin 55 faizini toplayıb.
Qeyd edək ki, Alveş "Yuventus" 2 - 1 "Monako" matçında komandasının qollarından birinin müəllifi olub.