"Bayer" klubu baş məşqçisi Tayfun Korkutla bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçi türkiyəli mütəxəssislə yolları ayıracaq. Bundesliqa klubu mövsümün ortalarında müqavilə imzaladığı 43 yaşlı çalışdırıcı ilə müqaviləni uzatmamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, Korkut mart ayında "Bayer"in "sükanı arxası"na keçmişdi.
"Bayer" Bundesliqanın turnir cədvəlində 33 turdan sonra 38 xal toplayaraq 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi