"Zirə"nin futbolçusu: "Növbəti mövsümdə Premyer Liqada uğurlu çıxış edə bilərik"

14:38 - 15 May 2017

“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Duriç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqamız haqda danışıb:

 

“Azərbaycanda və potsovet ölkələrində serb futbolçular çoxdu. Azərbaycan çempionatı digər potsovet ölkələrinin liqalarından heç də zəif deyil. Düzdür, komandaların sayı azdır. Amma onların hamısı demək olar ki, eyni gücdədir. Ancaq “Qarabağ” və “Qəbələ”dən başqa. Bu iki komanda çempionatın ən güclüləridir. Onların Avropa Liqasının qrup mərhələsində oynamaları təəccüblü deyil”.

 

Duriç Azərbaycan və Serbiya çempionatlarını da müqayisə edib:

 

“Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var. “Qəbələ”nin yaxşı şəraiti və futbol akademiyası var. Premyer Liqada çıxış edən 8 komandanın yarısının stadionu süni ot örtüklü meydandır. Digər əsas problem isə azarkeş amilidir. 8 komandalı çempionat olduğu üçün 2 oyun ardıcıl qalib gələndə yüksək yerlərə qalxırsan, məğlub olanda isə əksinə baş verir”.

 

Serbiyalı futbolçu yeni mövsümdəki hədəflərindən danışıb:

 

“Yeni mövsüm Avropa Liqasında çıxış edəcəyik. “İnter” klubu hazırda sponsorsuz qalıb. “Neftçi” isə bu çempionatda zəif çıxış etdi. Yalnız “Qarabağ” və “Qəbələ” digər komandalardan üstünüdürlər. Növbəti mövsümdə Premyer Liqada uğurlu çıxış edə bilərik”.

 

2012/15-ci illərdə vətənində “Yaqodina” klubunda çıxış etmiş yarımmüdafiəçi hələ də maaşını ala bilməməsindən şikayətlənib. Duriç Serbiya Futbol Federasiyasının klublara ciddi nəzarət etmədiyini dilə gətirib: “İl boyu yeyirlər. Bu, biabırçılıqdı! “Yaqodina” peşəkar karyeramda ən yaxşı klub idi. Lakin məni necə yüksəltmişdilərsə, elə də dəfn etdilər”.

Xəbər xətti