Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” - “Monako” oyunundan (2:3) əvvəl baş vermiş partlayışla bağlı araşdırma davam edir.
Sportal.az xəbər verir ki, araşdırmalar zamanı hadisənin terror aktı olmasıyla bağlı sübut tapılmayıb. Dortmund prokurorluğu hadisənin gəlir əldə etmək məqsədilə törədilməsi qənaətinə gəlib. Hadisədə günahkar bilinərək həbs edilən 28 yaşlı Sergey adlı Rusiya əsilli vətəndaş partlayışı Dortmund klubunun səhmlərinin qiymətini aşağı salaraq, böyük gəlir əldə etmək niyyətinin olduğunu söyləyib.
Aprelin 11-də, “Borussiya” klubunun avtobusunun yaxınlığında baş vermiş partlayışda komandanın müdafiəçisi Mark Bartra yaralanmışdı.
saytlarin hazirlanmasi