Fransa I Liqasında 37-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son matçında "Monako" doğma meydanda "Sent Etyen"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb.
"Monako" bu qələbə sayəsində xallarını 92-yə yüksəldib. Ən yaxın izləyicisi PSJ-ni 6 xal qabaqlayan "knyazlıq" təmsilçisi mövsümün bitməsinə bir tur qalmış çempionluğu təmin edib.
"Monako" - "Sent Etyen" 2:0
QOLLAR: Kilian Mbappe, 19, Valere Jermen, 90+3
saytlarin hazirlanmasi