Dirilən "Pələng"

13:16 - 21 May 2017

Fransa I Liqasında 2016/17 mövsümü başa çatdı. “Monako” cari mövsümün qalibi oldu. “Qırmızı-ağ”ların çempionluğunda ən böyük pay sahibi olan oyunçulardan biri Radamel Falkaodur.

 

Bu mövsüm bütün turnirlər daxil olmaqla 41 oyun keçirən və bu qarşılaşmalarda 28 qol vuran və 5 assist edən kolumbiyalı hücumçu komandanın ən məhsuldar futbolçusu olub.

 

Fransaya uğursuz Premyer Liqa çıxışından sonra qayıdan “El Tigre” ləqəbli hücumçu mövsümün startından yavaş-yavaş keçmiş formasını bərpa etdi. Falkao 2014/15 mövsümündə “Mançester Yunayted”də, 2015/16 mövsümündə isə “Çelsi”nin heyətində oynamışdı. Lakin bu iki komandanın heyətində ümumilikdə 5 qol vurmuşdu ki, bu da onun üçün bərbad göstərici idi. 2 mövsüm əvvək bütün Avropa klublarının heyətində görmək istədiyi ulduz “sönmüşdü”. Premyer Liqa klublarının heyətində də artıq heyətə düşə bilmirdi. Açıqlamalarını birində “Hər həftə oynamaq istədiyim komandada çıxış etmək istəyirəm” söyləmişdi.

 

 

Uğursuz çıxışların səbəbi olaraq Kolumbiya millisinə də dəvət almırdı. Mövsümün əvvəlində “Çelsi”dən “Monako”ya qayıdan hücumçu üçün son şans idi. Knyazlıq klubunun baş məşqçisi Leonardo Jardim Falkaonun keçmiş formasına qayıtması üçün son şansının olduğunu bildirmişdi. Falkao isə bu şansdan maksimum yararlandı.

 

 

Mövsümə əla start verən hücumçu 2016-cı ilin iyul ayında 41 aydan sonra avrokuboklarda ilk qolunu vurdu. 2016-cı ilin noyabr ayında uzun müddətdən sonra Kolumbiya yığmasına dəvət aldı. Sonuncu dəfə 2012-ci ildə “Atletiko”nun heyətində “Atletik”ə qarşı het-trik edən forvard dekabr ayında “Bordo” ilə matçda 3 qol vurdu. 

 

 

Falkaonun yüksəlişi mövsümün sonuna qədər davam etdi. “Monako” həm Çempionlar Liqasında həm də, Fransa Liqasında uğurlu mövsüm keçirdi. Falkao “Portu” və “Atletiko”da keçirdiyi uğurlu günləri yenidən xatırlatdı. 

 

Xəbər xətti