Növbəti mövsümə hazırlaşan "Sumqayıt" heyətini gücləndirməkdə davam edir.
Sportal.az-ın əldə etdiyi məlumata görə "kimyaçılar" ötən mövsüm "Qarabağ"dan icarə əsasında heyətinə cəlb etdiyi Azər Salahlının keçidini həll edib. Ağdam klubu ilə müqaviləsi başa çatan futbolçu yeni mövsümdə də "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq.
23 yaşlılardan ibarət milli komandamızın heyətində İslam Həmrəylik Oyunlarının qalibi olan cinah müdafiəçisi yeni müqavilə ilə bağlı "Sumqayıt"la razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Sumqayıt" Cavid İmamverdiyev, Kamal Mirzəyev, Tural Axundov, Vüqar Bəybalayev və Rəşad Eyyubovu da heyətinə cəlb edib.
saytlarin hazirlanmasi