Transfer fəaliyyətini davam etdirən “Sumqayıt” daha bir oyunçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi “Qəbələ”nin futbolçusu Ramil Hasanovu rənglərinə bağlayıb. “Qırmızı-qaralar”ın əvəzedici komandasının hücumçusu növbəti mövsümü “Sumqayıt”ın heyətində keçirəcək. Gənc forvard "Sumqayıt"da 1 il icarə əsasında çıxış edəcək.
Ramil Ukraynanın “Tavriya” klubunun yetirməsidir.
"Sumqayıt" "Kəpəz"dən Vüqar Bəybalayev və Tural Axundovu, AZAL-dan Kamal Mirzəyevi, "Qəbələ"dən Rəşad Eyyubovu, "Neftçi"dən isə Cavid İmamverdiyevi transfer edib.
saytlarin hazirlanmasi