Fransa polisi ulduz futbolçuların evində axtarış apardı

18:55 - 23 May 2017

Fransa polisi bu gün səhər PSJ-nin ofisi, həmçinin komandanın futbolçuları Di Maria və Xavyer Pastorenin evində axtarış aparıb.

 

Sportal.az xəbər verir ki, əsas məqsəd argentinalı futbolçuların vergidən yayınmasını üzə çıxarmaq olub. Polis onların hər ikisinə səhər saat 6 radələrində baş çəkib. Bir müddət öncə "Football Leaks"in yaydığı məlumata görə Di Maria və Pastore imic hüquqlarının satışından əldə edilən pulların bir hissəsini vergi orqanlarından gizlədib. 

 

Futbolçular məsələ ilə bağlı mediaya açıqlama verməkdən boyun qaçırıblar.

Xəbər xətti