Bundesliqada mövsümün rəmzi heyəti müəyyənləşdi

12:58 - 27 May 2017

Almaniya bundesliqasında cari mövsümün rəmzi komandası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bundesliqanın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:

 

Qapıçı: Manuel Noyer ("Bavariya")

 

Müdafiəçilər: Sead Kolaşinaç ("Şalke"), Mats Hummels ("Bavariya"), Niklas Sule ("Hoffenhaym"), Lukas Pişek ("Borussiya" Dortmund)

 

Yarımmüdafiəçilər: Emil Forsberq ("Leyptsiq"), Tiaqo Alkantara ("Bavariya"), Nabi Keyta ("Leyptsiq")

 

Hücumçular: Usman Dembele ("Borussiya" Dortmund), Robert Levandovski ("Bavariya"), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund)

Qeyd edək ki, sorğu zamanı 7 milyon 600 min səs verilib.

Xəbər xətti