Boban Baykoviç: "İndi onlara lazım deyiləm"

19:13 - 27 May 2017

“Neftçi”nin qapıçısı Boban Baykoviç Serbiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qokliper keçmiş komandası “Srvena Zvezda”ya yenidən qayıtmaq idtədiyini bildirib:

 

““Srvena Zvezda” mənim evimdi. Həmişə belə olacaq. Sevimli komandama qayıtmaq arzusunda olduğumu hər kəs bilir. Amma indi onların 3 güclü qapıçısı var. Gənc Filip Manoyloviç bu komandanın gələcəyidi. Həmçinin təcrübəli Neyanya Supiç və Damir Kahrimana da heyətdə yer alıb. Fikrimcə, indiki vəziyyətdə onlara lazım deyiləm”.

 

Qeyd edək ki, “Neftçi” ilə müqavilə müddəti bu ilin sonuna qədər olan Boban Baykoviçin komandadan gedəcəyi gözlənilir.

Xəbər xətti