Almaniya Bundesliqasına vəsiqə üçün keçirilən "play-out"un cavab qarşılaşması keçirilib.
Sportal.az xəbər verir ki, Bundesliqada mövsümünü 16-cı pillədə bitirən “Volfsburq”la 2-ci Bundesliqanı 3-cü pillədə başa vuran “Ayntraxt” (Braunşveyq) üz-üzə gəlib. Matç "Volfsburq"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da eyni hesabla qalib gələn "Volfsburq" Bundesliqada qalıb.
"Ayntraxt" Braunşveyq - "Volfsburq" - 0:1
Qol: Vierinya, 49.
Qırmızı vərəqə: Zauer, 82 ("Ayntraxt")
İlk oyun: 0:1)
saytlarin hazirlanmasi